Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan millisi İslamiadada uğurla çıxış edir

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən 6-cı İslamiadada (İslam Həmrəyliyi Oyunları) qadınlar arasında 3x3 basketolu üzrə yarışlara start verilib. Noyabrın 17-də Azərbaycan millisi qrupda iki oyun keçirib və hər iki oyunu qələbəylə bitirib. İlk turda ev sahibi olan Səudiyyə Ərəbistanını 21:8 hesabla vaxtından tez məqlub edən millimiz ikinci turda isə Türkiyədən güclü olub - 19:11.

Noyabrın 18-də saat 18:30-da isə millimiz Kot-d'İvuar komandası ilə qarşılaşacaq.

Yeri gəlmişkən, noyabrın 17-də Türkiyə millisi Kot-d'İvuar komandasını 21:12 hesabla, "fillər" isə ev sahibini 16:10 hesabla məğlub edib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin