Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeniyetmə cüdoçularımız Asiya Kubokuna 2 medalla başlayıblar

Noyabrın 20-də Tacikistanın paytaxtı Düşənbədə yeniyetmə cüdoçular arasında Asiya Kubokuna start verilib.

ACF-dən verilən məlumata görə turnirin ilk günü Azərbaycan yığması üçün uğurlu olub. Qeyd edək ki, yeniyetmə oğlanlardan ibarət yığma komandanın baş məşqçisi Emin Isgəndərovun rəhbərliyi altında sözü gedən yarışa cəmi 3 cüdoçu ilə qatılan yığma komandamız ilk gündə biri gümüş, digəri bürünc əyarlı olmaqla 2 medal qazanıb.

Gümüş medallarin sahibi yalnız həlledici finalda büdrəyən Məhəmmədəli Hüseynov (60 kq) olub. Bürünc medal isə çıxışını üçüncü yerdə bitirən Devid Mahmudovun (50 kq) aktivinə yazılıb.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111