Gənc taekvondoçularımız Avropa birinciliyini 5 medalla başa vurublar
Elcan Əliyev Avropa çempionu olub
İsveçrənin Eqi şəhərində gənclər arasında taekvondo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa birinciliyinə yekun vurulub.
ATF-dən verilən məlumata görə, birinciliyin son günündə təmsilçilərimiz daha iki (1-1-0) medal qazanmaqla sayı 5-ə (2-1-2) çatdırıblar. Son günün qızıl medalını bütün görüşlərini qələbə ilə başa vuran Elcan Əliyev (78 kq), gümüşü isə yalnız son həlledici döyüşdə büdrəyən Vasif Səlimov (68 kq) qazanıb.
Xatırladaq ki, birinciliyin əvvəlki günündə isə İlyas Hətəmli (48 kq) qızıl, Mehdi Budaqlı (45 kq) ilə Novruz Əliyev (51 kq) bürünc medala sahib olub.
İNTİQAM Məmmədov


