Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Prezidentin köməkçisi: Vurulan AZAL təyyarəsi ilə bağlı Bakı Moskvadan cavablar alıb

Azərbaycan 2024-cü ilin dekabr ayında Qroznı üzərində AZAL təyyarəsinin vurulması ilə bağlı Düşənbədə Rusiyadan cavablar alıb.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici Siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə EU Today və kiçik bir jurnalist qrupuna verdiyi eksklüziv müsahibədə bildirib.

Hacıyev qeyd edib ki, hadisədən dərhal sonra "müəyyən bir anlaşılmazlıq" və "emosiyalar" yaranıb, lakin Bakının narahatlıqları Düşənbədə keçirilən sonrakı görüşdə (Azərbaycan və Rusiya liderləri arasında - red.) müzakirə olunub.

"Azərbaycan Rusiyanın rəsmi üzr istəməsini, tam araşdırma aparmasını, məsul şəxsləri məsuliyyətə cəlb etməsini və vurulan AZAL təyyarəsi üçün kompensasiya ödəməsini gözləyirdi. Artıq bu anlaşılmazlığın üzərindən bir səhifə keçdik və iki ölkə arasında normal, mehriban qonşuluq münasibətlərini davam etdirəcəyik", - deyə o əlavə edib.

Best coffeeshop in Berlin