Honkonqda yanğında ölənlərin sayı 151-ə çatdı
Honkonqun Tay Po rayonundakı yaşayış kompleksində baş verən böyük yanğın nəticəsində ölənlərin sayı 151 nəfərə çatıb.
Yanğın nəticəsində dağıdılmış binaları yoxlayan xilasedicilər bu gün daha beş cəsəd aşkar ediblər.
Əvvəllər bildirilirdi ki, 2024-cü ilin iyul ayından bəri yaşayış kompleksinin səkkiz blokunda təmir işləri aparılır və binalar bambuk iskələ və yaşıl torla örtülüb. Hakimiyyət orqanları iddia edir ki, təmirdə istifadə edilən yüksək alovlanan polistirol köpük yanğının sürətlə yayılmasına səbəb olub. Yanğınla əlaqədar 11 nəfər həbs edilib.


