İlk günün qalibləri müəyyənləşib
Noyabrın 5-də Bakı İdman Sarayında kişi və qadınlar arasında cüdo üzrə seçmə xarakterli Azərbaycan çempionatına start verilib. Çempionatın ilk günü çəkisi 63, 70, 78 və +78 kq olan qadınlar, eləcə də 60, 66 və 73 kq çəki dərəcəsində çıxış edən kişilər mübarizə aparıblar. Qadınların yarışında Nilgün Rzayeva (63 kq, Balaxanı İM), Südabə Aqayeva (70 kq, Atilla İK), Günel Həsənli (78 kq, Abşeron, Xırdalan) və Mədinə Kaisinova (+78 kq, ACF) bütün görüşlərini qələbə ilə başa vuraraq Azərbaycan çempionu olub.
Kişilər arasında isə Balabəy Ağayev (60 kq, Neftçi İK), Nazir Talıbov (66 kq, Cüdo Club-2012) və Kamran Süleymanov (73 kq, Sərhədçi İM) öz çəkisində birinci yeri tutub.
Dekabrın 6-da isə qadınlar 48, 52 və 57 kq çəkidə, kişilər isə 81, 90, 100 və +100 kq-da tatamiyə çıxaraq medallar uğrunda yarışacaqlar.
Üç gün davam edəcək bu çempionatın son günündə (7 dekabrda) isə həm kişilərin, həm də qadınların komanda yarışı keçiriləcək.
İNTİQAM Məmmədov


