Suzuki 2025-ci ilin sonuna qədər Taylanddakı zavodunu bağlayacaq
Yaponiyanın Suzuki Motor korporasiyası 2025-ci ilin sonuna qədər Taylandda avtomobil istehsalını dayandıracaq və zavodunu bağlayacaq.
Yapon avtomobil istehsalçıları Asiya bazarında rəqib şirkətlərin, xüsusən də Çin şirkətlərinin rəqabəti qarşısında mübarizə aparırlar.
Kyodo agentliyinin şirkət mənbələrinə istinadən verdiyi məlumata görə, Suzuki Motor Rayonq bölgəsindəki avtomobil zavodunu bağlamağı planlaşdırır.
Şirkət, Tayland bazarında ilkin satış gözləntilərinin qarşılanmadığı müəyyən edildikdən sonra bağlanma qərarı verib.
Yerli törəmə şirkəti olan Suzuki Motor Thailand Co zavod bağlandıqdan sonra 800 işçini şirkətin digər obyektlərinə köçürəcək.
Zavod 2012-ci ildə yığcam avtomobillərin istehsalına başlayıb.


