Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güclü Azərbaycan yolunda


Müstəqil Azərbaycan Respublikasının inkişaf tarixində Prezident cənab İlham Əliyevin fəaliyyəti mühüm mərhələ təşkil edir. 2003-cü ildən etibarən ölkəyə rəhbərlik edən İlham Əliyev siyasi, iqtisadi və sosial sahələrdə ardıcıl və məqsədyönlü islahatlar həyata keçirmişdir. Onun rəhbərliyi ilə Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir.
Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqların beynəlxalq müstəvidə qətiyyətlə qorunmasıdır. Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının genişlənməsi, ölkənin nüfuzunun artması və balanslaşdırılmış xarici siyasətin aparılması bu fəaliyyətin mühüm nəticələrindəndir.
İqtisadi sahədə aparılan islahatlar qeyri-neft sektorunun inkişafına, regionların sosial-iqtisadi dirçəlişinə və əhalinin rifah halının yüksəldilməsinə xidmət etmişdir. İnfrastruktur layihələrinin icrası, yeni iş yerlərinin açılması və sosial proqramların genişləndirilməsi Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin göstəricisidir.
Prezident İlham Əliyevin tarixi xidmətlərindən biri də Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atdığı qətiyyətli addımlardır. Onun Ali Baş Komandan kimi rəhbərliyi ilə Azərbaycan Ordusunun gücləndirilməsi və 2020-ci ildə əldə edilən tarixi Qələbə xalqımızın milli qürurunu daha da artırmışdır.
Nəticə etibarilə, Prezident cənab İlham Əliyevin fəaliyyəti müasir, güclü və müstəqil Azərbaycan dövlətinin formalaşmasında həlledici rol oynamışdır.

 

Rəqsanə Mirzəyeva,
Masallı rayonu, Viləş kəndi.

Best coffeeshop in Berlin