"Abşeron Lions" səfərdə "Sabah"ı məğlub edərək liderliyini möhkəmləndirib
Kişi basketbol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) sayca 10-cu tura yekun vurulub. Turun mərkəzi oyunu "A" qrupunda yer alan və qrupa liderlik edən "Abşeron Lions"la onun ən yaxın izləyicisi olan və ölkə çempionu adını daşıyan "Sabah" arasında olub. "Sabah"ın meydanında baş tutan görüş qonaq komandanin qələbəsi ilə bitib - 97:101 (29:23, 21:21, 27:26, 20:31). Bu qələbədən sonra "Abşeron Lions" turnir cədvəlindəki liderlik mövqeyini biraz da möhkəmləndirib.
Tur "B" qrupuna liderlik edən "Ordu" üçün də uğurlu olub. Qrupun lideri "Lənkəran" üzərində qazandığı qələbə sayəsində ən yaxın izləyicisini 2 xal geridə qoyub. Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Neftçi" - "DNT Baku" - 106 : 89;
"Şəki" - "Gəncə" - 73:78;
"Quba" - "Naxçıvan" - 69:78;
"Sərhədçi" - "Sumqayıt" - 86:83.
Yeri gəlmişkən, bu gün isə ABL-da 11-ci tura start veriləcək. Turun ilk oyunu saat saat 19:00-da Bakı İdman Sarayında ""Ordu " ilə "Naxçıvan" arasında olacaq.
Geridə qalan 10 turdan sonra komandaların qruplar üzrə turnir vəziyyəti aşağıdakı kimidir:
İNTİQAM Məmmədov


