Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə Yeni il münasibətilə bayram tədbiri keçirildi +FOTO=30

Vətənimizin hər yerində olduğu kimi doğma Ağcabədidə də rayon icra hakimiyyəti və Qarabağ Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibətilə bayram tədbiri keçirilib. 

Dekabrın 29-da Ulu öndərin adını daşıyan meydanda yolka ətrafında keçirilən ümumrayon tədbirində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanları, YAP Ağcabədi rayon təşkilarının rəhbərliyi, şəhid ailələri, qazilər, onların övladları, rayon sakinləri və “N” saylı hərbi hissənin bir qrup əsgər və zabitləri iştirak ediblər. 

Dekabr ayının 13-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində boks idman növü üzrə dünya çempionu olmuş ağcabədili idmançı Sünhan Mamedov aparıcı tərəfindən səhnəyə dəvət olunub, əldə olunan böyük nailiyyət münasibətilə onu təbrik edib.Sübhan da eyni zamanda bayram təbriklərini tədbir iştirakçılarına çatdırıb. Qeyd edək ki, Sübhan Mamedov mötəbər yarışın final mərhələsində özündən 10 yaş böyük erməni əslilli rus idmançı ilə döyüşərək ona qalib gəlib. Beləliklə o, Olimpiya idman növləri üzrə Azərbaycanın ən gənc dünya çempionu kimi idman tariximizə düşüb.  

Tədbir Qarabağ Regional Mədəniyyət idarəsinin hazırladığı musiqi proqramları ilə davam edib. İdarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin kollektivləri əsl bayram ab-havalı nümunəvi çıxışlar ediblər. İfa olunan mahnılar, nümayiş edilən rəngarəng rəqs nümunələri bayram tədbirinə ayrıca rəng qatıb. Şaxta baba və Qar qızın gəlişi  uşaqların böyük sevincinə sabəb olub. Beləcə təmtəraqlı keçən bayram tədbirində nəğmələr nəğmələri, rəqslər rəqsləri əvəzləyib. 

Əziz ağcabədililər, qarşıdan gələn hər iki bayram münasibətilə sizləri təbrik edir, hər birinizə heç bir nemətlə əvəz olunmayan can sağlığı, iş və həyat uğurları, işıqlı, xoşbəxt illər arzulayırıq. Bayramlarınız mübarək olsun!

Fotolar: Mais İbrahimov

-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: +994503585041

Best coffeeshop in Berlin