Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə xəstəxanaya səyyar tibbi nəqliyyat vasitəsi təqdim edildi +FOTO=28

Dekabrın 29-da Ağcabədi Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində tədbir keçirilib. Tədbir Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsuluğu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası”publik hüquqi şəxsinə ixtisaslaşmış səyyar nəqliyyat vasitəsinin verilməsinə həsr olunub.
Tədbirdə   “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Elnur Abdullayev açılış nitqi il çıxış edərək layihənin əhəmiyyətindən danışıb,  gələcəkdə səhiyyə xidmətlərinin daha əlçatan olmasına böyük imkan yaradacağını vurğulayıb. 
Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib. Rayon rəhbəri  bildirib ki, təqdim olunan səyyar avtomobil ana və uşaq sağlamlığının qorunması, uzaq kəndlərdə yaşayan və şəhərə gəlməkdə çətinlik çəkən vətəndaşlara, xüsusilə hamilə qadınlara və uşaqlara tibbi xidmətin yerində göstərilməsini təmin edəcək. Həmçinin qeyd olunub ki, avtomobil müasir tibbi avadanlıqlarla təchiz olunub. İçərisində portativ ultrasəs müayinəsi (USM) aparatı, süni tənəffüs (ventilasiya) aparatı, xərək və digər ilkin tibbi yardım ləvazimatları mövcuddur.
 Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Pərvin Mirzəyeva vəşəhər sakini Fəridə Mamedova da çıxış edərək, səyyar tibbi xidmətlərin əhali üçün rolundan danışıb, göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər.
Tədbirin  sonunda səyyar ambulans Kəhrizli kəndində  ilk müayinələrin aparılması üçün yola salınıb. Tibbi briqadaya daxil olan Ailə Sağlamlıq Mərkəzinin ginekoloqu Familə Məmmədova,  pediatr Rəsmiyyə Qəhrəmanova, terapevt Nurlana Cəfərova və laborant Ehtiram Fətəliyevin iştirakıilə Kəhrizli kəndində müayinələr aparılıb. Sakinlər bu təşəbbüsə görə bütün təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.

Fotolar: Mais İbrahimov

-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: +994503585041

Best coffeeshop in Berlin